ATU-nun yeni yaradılan Ortodontiya kafedrası müvafiq sahə üzrə peşəkar mütəxəssislər hazırlayacaq  
29.02.2024 09:39

ATU-nun rektoru, professor Gəray Gəraybəylinin sərəncamı ilə universitetdə Tibb və sağlamlıq elmləri və Təcili tibb kafedralarının yaradılıb. Eyni zamanda, stomatologiya ixtisası üçün Ortodontiya kafedrası fəaliyyətə başlayıb.

 

Kafedranın müdiri, dosent Ramidə Şadlinskaya Aztibb.az-a yeni yaradılan kafedra haqda məlumat verib. Onun sözlərinə görə, ortodontiya stomatologiyanın diş-çənə anomaliyalarının etiologiyasını, patogenezini, diaqnostikası və müalicə üsullarının xüsusiyyətlərini öyrənən bir sahəsidir. Ortodontiya təhsilinin tarixi 100 ildən artıq bir dövrü əhatə edir. İlk ortodontiya məktəbi 1886-cı ildə ABŞ-da açılıb və o vaxtdan bəri ABŞ-da 87 universitet, Böyük Britaniyada 15 aparıcı universitet, Almaniyada 25 universitet və bir çox digər Avropa, Şimali və Cənubi Amerika, Afrika, Asiya və Avstraliya universitetləri yerli və xarici tələbələr üçün diplomdan sonra ortodontik təhsil proqramları təklif edir. Bu gün dünyada Ümumdünya Ortodontlar Assosiasiyasının (WFO) himayəsi altında birləşmiş, rəsmi qeydiyyatdan keçmiş 114 ortodontik assosiasiya fəaliyyət göstərir. Qardaş Türkiyədə ortodontiya ixtisası 1927-ci ildən rəsmi olaraq tanınıb və hazırda ölkədə bakalavr və rezidentlərin hazırlığı ilə məşğul olan 144 ortodontiya kafedrası fəaliyyət göstərir. 

 

Azərbaycanda ortodontik xidmətin formalaşma mərhələsində olduğunu və yeni müvafiq standartların işlənib hazırlanmasını tələb etdiyini vurğulayan R.Şadlinskaya, ölkəmizdə ortodontiya fənninin ötən əsrin 70-ci illərinə qədər tədris olunmadığını söyləyib. Bildirib ki, ilk dəfə ortodontiya ixtisasının tədrisi 1979-cu ildə Ramiz Həşimovun rəhbərliyi ilə Cərrahi stomatologiya kafedrasının nəzdində təşkil edilib. Sonralar isə ortodontiya üzrə təhsil proqramının tədrisi Uşaq stomatologiyası kafedrasında aparılıb.

 

"ATU rektorunun Ortodontiya kafedrasının yaradılması haqqında sərəncamı ölkəmizin tibb təhsilində və stomatologiya sahəsində daha dərin bilik və bacarıqlar əldə etmək imkanı yaradacaq", - deyən şöbə müdiri bütün lazımi avadanlıqlarla tam təchiz olunan və yüksək təcrübəli peşəkar heyətin fəaliyyət göstərdiyi gənc kafedranın hazırda 12 rezidentinin öz kuratorlarının rəhbərliyi altında klinik və tədqiqat proqramlarında iştirak etdiyini söyləyib. 

 

O, kafedranın gələcək fəaliyyət planlarından da bəhs edib. Vurğulayıb ki, əsas məqsəd ortodontiya sahəsində ətraflı tədqiqat və təhsil proqramlarında iştirak etmək, müasir təhsil metodlarının tətbiqi ilə tələbələrin öyrənmə təcrübəsini zənginləşdirmək, ortodontiya sahəsindəki yeniliklərlə cəmiyyəti məlumatlandırmaq və üz-çənə nahiyəsinin sağlamlıq mədəniyyətinin təbliğinə töhfə verməkdir. Bundan əlavə, elmi istiqamətdə aparılan tədqiqat nəticələrini prestijli elmi jurnallarda və beynəlxalq konfranslarda təqdim etmək, eləcə də qlobal təcrübə və bilik əldə etmək üçün beynəlxalq mübadilə proqramlarına qatılmaq yeni yaradılan kafedranın gələcək planlarına daxildir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır