Mərkəzi Gömrük Hospitalının həkimi “IX Endo Dubai 2024” konfransında çıxış edib
28.02.2024 10:00
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Sədi Allahverdiyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində endoskopik ginekologiyanın aktual problemlərinə həsr olunmuş “IX Endo Dubai 2024” konfransında iştirak edib.
 
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, tədbirin 3-cü günü Sədi Allahverdiyev "Uşaqlıq boynu lokalizasiyalı miomanın laparoskopik xaric edilməsi" mövzusunda video-təqdimatla çıxış edib.
 
Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, bu üsulun nadir və maraqlı bir patologiya olduğu qeyd edilib. Əməliyyatın yüksək səviyyədə icra olunduğu panel rəhbərləri tərəfindən vurğulanıb.
 
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, beynəlxalq tədbirdə Sədi Allahverdiyevlə yanaşı Azərbaycanın müxtəlif klinikalarından 35 mütəxəssis ginekoloq iştirak edib. 
 
Tədbirdə endoskopik ginekologiyanın müasir problemləri müzakirə olunub. Buraya diaqnostik histeroskopiya, uşaqlıq daxili endovizual cərrahiyə, laparoskopik, robotik cərrahiyənin aktual məsələləri aiddir. Bu gün üçün aktual olan endometrioz cərrahiyyəsi, görüntüləməsi, medikal müalicəsi daha sıx müzakirə olunub.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır