Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
27.02.2024 19:20

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Kamil Hacıyevə həvalə olunub.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, qurumun İcraçı direktorunun müavini Anar İsrafilov bu gün yeni təyin olunmuş K.Hacıyevi kollektivə təqdim edib.

 

Qeyd edək ki, K.Hacıyev 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1997-2000-ci illərdə isə təhsilini Türkiyədə davam etdirərək cərrahiyyə üzrə ixtisasını artırıb.

 

2000-2019-cu illərdə K.Hacıyev Kliniki Tibbi Mərkəzdə həkim-cərrah kimi fəaliyyət göstərib.

 

O, 2019-2024-cü illərdə Bakıda özəl tibb müəssisələrinin birində cərrahiyyə şöbəsinin müdiri, eyni zamanda 2020-ci ildən etibarən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Ümumi cərrahiyyə kafedrasının assistenti vəzifəsində çalışıb.

 

2011-ci ildə tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb, əmək fəaliyyətinə görə 2 dəfə fəxri fərmanla təltif olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır