Naxçıvanda kütləvi tuberkulin test sınaqları аparılır
27.02.2024 10:35

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tədbirlər planına əsasən, ötən həftədən başlayaraq muxtar respublikanın şəhər və rayonlarında yerləşən məktəblərdə təhsil alan şagirdlər arasında vərəmin erkən aşkar olunması məqsədilə I-VI sinif şagirdlərində kütləvi tuberkulin test sınaqları аparılır. Bu məqsədlə rayon xəstəxanaları və akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası tərəfindən tuberkulin testlərinə cəlb ediləcək şagirdlərin siyahıları tərtib olunub, həkim və tibb bacılarından ibarət xüsusi briqadalar yaradılıb. 

 

Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən xəbərə görə, vərəm xəstəliyində erkən diaqnozun qoyulması və müalicəsinin vaxtında aparılması üçün başlanğıc və məhdud formalı vərəmin erkən aşkarlanıb vaxtında müalicəyə cəlb olunması mühüm əhəmiyyət kəsb edir.

 

Test sınaqları Diaskin preparatı ilə aparılır ki, bu, həssas və yüksək spesifik preparat kimi, vərəmə yoluxmuş və vərəmə yoluxma riski yüksək olan insanların aşkar edilməsində mühüm rol oynayır. Belə ki, mantu sınağında dəqiqlik 70 faizdirsə, diaskin testdə bu göstərici 98 faizdir. Bu testin bir üstün cəhəti də mantu sınağında rast gəlinən allergik reaksiyaların və yalançı müsbət nəticələrin olmamasıdır. Bir sözlə, diaskin test vərəmə yoluxmuş xəstələrin erkən aşkar olunması və yoluxmuş insanların müalicəsinin effektivliyini göstərən dəqiq sınaq üsuludur.

 

Sınaqlar bitdikdən sonra şəhər və rayonlar üzrə testlərin nəticələri qiymətləndirilərək şübhəli və müsbət reaksiyalı şagirdlərin “Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri” publik hüquqi şəxsində dərin ftiziatr müayinəsinə, lazım gələrsə, müalicəyə və kimyəvi profilaktikaya cəlb olunmaları üçün zəruri tədbirlər həyata keçiriləcəkdir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır