Şirvanın Bayramlı qəsəbə həkim məntəqəsində səyyar tibbi müayinə aksiyası təşkil olunub
27.02.2024 09:22
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tabeliyindəki Bayramlı qəsəbə həkim məntəqəsində yerli sakinlər üçün səyyar tibbi müayinə aksiyası təşkil olunub.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, ixtisaslı həkim və laborant heyəti tərəfindən müayinə olunan şəxslərin diaqnozlarına uyğun müalicə təyin edilib.
 
Səyyar müayinə zamanı sakinlər kardioloqun konsultasiyası və ürəyin EKQ müayinəsindən faydalanıblar. Eyni zamanda laboratoriyada müayinə olunmaq üçün vətəndaşlardan müvafiq qan nümunələri də götürülüb, oftalmoloji və lor cərrah tərəfindən müayinələr aparılıb. Onlar ətraflı müayinə və müalicə məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına dəvət olunub.
 
Səyyar tibbi aksiyanın məqsədi vətəndaşlara tibbi xidmətlərin əlçatanlığını təmin etməkdən, əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.
 
Sakinlər aksiyanın təşkilatçılarına və həkim briqadasına minnətdarlıqlarını bildiriblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır