ÜST-nin sözçüsü: Qəzzada səhiyyə sisteminin bərpası onilliklər çəkəcək
26.02.2024 16:04

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Jasareviç deyib ki, Qəzzada infrastrukturun, o cümlədən çətinliklə sağ qalan səhiyyə sisteminin bərpası onilliklər çəkəcək.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, o, Qəzzada müharibənin görünməmiş dağıntılara səbəb olduğunu söyləyib. Tarik Jasareviç mülki infrastrukturun, o cümlədən evlər, xəstəxanalar, məktəblər və su obyektlərinin 70-80 faizinin dağıldığını və ya ciddi şəkildə zədələndiyini vurğulayıb.

 

Tarik Jasareviç Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) təkcə Qəzzada dağıntıların və xarabalıqların təmizlənməsinin 3-12 il çəkəcəyini təxmin etdiyini xatırladıb. O, zərərin aradan qaldırılmasının on milyardlarla dollara başa gələcəyinin proqnozlaşdırıldığını qeyd edib: "Qəzzada 36 xəstəxanadan 13-ü qismən xidmət göstərə bilər. Onların əksəriyyəti Qəzzanın cənubunda yerləşir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır