Suraxanı Tibb Mərkəzinin kollektivi Xocalı abidəsini ziyarət edib
26.02.2024 15:22
Suraxanı Tibb Mərkəzinin rəhbərliyi və kollektivi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. 
 
Bu barədə Aztibb.az-a Mərkəzdən məlumat verilib.
 
Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.