“Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi beynəlxalq müsabiqənin qalibi seçilib
24.02.2024 09:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmsal layihələrindən biri olan “Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi “Essl Fondu”nun (Avstriya) “Zero Project Awardees 2024” müsabiqəsinin qalibi olaraq Fondun mükafatı ilə təltif olunub.

 

Aztibb.az nazirliyin feysbuk səhifəsinə istinadla xəbər verir ki, "Zero Project Awardees 2024” müsabiqəsində 97 ölkədən 523 layihə iştirak edib, onlardan 75-i, o cümlədən “Əlilliyi olan şəxslər üçün proaktiv təyinat” layihəsi qalib seçilib.

 

BMT-nin Avstriyanın Vyana şəhərindəki ofisində keçirilən mükafatlandırma tədbirində mükafat Nazirliyin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynova təqdim olunub. Ü.Hüseynov tədbirdə layihə ilə bağlı təqdimat edib, habelə ölkəmizdə son illər dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əldə olunan nailiyyətlərə dair məlumat verib.

 

“Essl Fondu” qeyri-kommersiya təşkilatıdır. Fondun “Zero Project” proqramı BMT-nin “Əlilliyi olan Şəxslərin Hüquqları haqqında” Konvensiyasının qlobal miqyasda icrasına, bu sahədə aparılan işlərin təbliğinə, əldə olunan uğurların tanıdılmasına yönəlib.

 

Hər il keçirilən “Zero Project Awardees” müsabiqəsi də əlilliyi olan şəxslərlə bağlı inklüziv təhsil, İKT sahələri üzrə uğurlu innovativ həlləri, həmin şəxslərin gündəlik həyatını yaxşılaşdıran qabaqcıl təcrübələri müəyyən etmək məqsədi daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır