İcbari tibbi sığorta ilə eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər əməliyyat olunub  
23.02.2024 17:47

2021-2023-cü illər ərzində eşitmə qabiliyyətinin bərpası üçün 317 nəfər icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı olunub. Əməliyyat olunanların 282-ni uşaq, 35-ni isə böyüklər təşkil edib.

 

Aztibb.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığorta ilə aparılan koxlear implantasiya əməliyyatlarının insanların sağlamlığına müsbət təsirindən danışıb. O, bildirib ki, icbari tibbi sığorta əməliyyat olunmuş şəxslərin eşitmə qabiliyyətinin tam bərpasını təmin edərək onları ömürlük əlillikdən xilas edir.

 

“İcbari tibbi sığorta ilə koxlear implantasiya daha çox eşitmə azlığı və ya eşitmə itkisi ilə doğulmuş uşaqlarda icra olunub. Bu əməliyyat sayəsində insanların eşitmə qabiliyyəti, nitq qavraması yaxşılaşır, nəticədə onların ailə üzvləri, dostları ilə ünsiyyəti asanlaşır. Ətrafdakı insanlarla dialoqa girə bilmək onlarda özgüvənliyi artırır. Bu da təbii ki, onların peşəkar imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, karyera və şəxsi həyatda uğur qazanmaqla nəticələnir. Bütün bunlar nəzərə alınaraq keçən ildən koxlear implantasiyaya tətbiq edilən say limiti ləğv olunub”, -deyə departament rəhbəri məlumat verib.

 

Qeyd edək ki, diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabına Bera test, KT və MRT müayinələri aparılır. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi, nitq prosessoru və əməliyyatdan sonra cihazda səsin tənzimlənməsi, habelə reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya üçün loqoped və psixoloq xidməti vətəndaşlara icbari tibbi sığorta ilə ödənişsiz göstərilir.

 

Loqoped xidmətinə uşaqların eşitmə qavrayışı, nitqin, ünsiyyət qurma bacarığının inkişaf etdirilməsi, səs-tələffüz, oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlərin həyata keçirilməsi aiddir. Psixoloq xidmətinə isə uşağın mövcud olduğu mühiti, azyaşlının təfəkkürünün və qavramasının inkişafı, davranış pozuntusunun aradan qaldırılması üzrə fəaliyyət istiqamətləri aiddir.

 

İcbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı göndəriş vərəqəsi əsasında agentliklə müqaviləsi olan özəl tibb müəssisəsində icra olunur. Xidmətdən istifadə etmək üçün müvafiq müayinələrin aparılması, diaqnozun təyini və əməliyyat üçün özəl tibb müəssisəsinə göndəriş vərəqəsinin verilməsi məqsədilə ilkin olaraq TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır