AQTİ mütəxəssisləri xaricdə fəaliyyət göstərən qida obyektlərinin qiymətləndirilməsini davam etdirir
23.02.2024 17:22

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən və respublikamıza yüksək risk qrupuna aid heyvan mənşəli qida məhsulları idxal edən obyektlərin qiymətləndirilməsi və təsdiqi prosesini davam etdirir. Müəssisələrin qiymətləndirilməsi yerində qiymətləndirmə və ya vizualizasiya (videogörüntü) yolu ilə həyata keçirilir.

 

Bu çərçivədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən Türkiyə Respublikasının Qırxlareli vilayətinin Lüleburqaz şəhərində yerləşən “Danone Tıkveşli Gıda ve içecek San. Ve Tic. A.Ş.” və Çanaqqala vilayətindəki  "Eceabat Süt Ürünleri Tar. San. Ve Tic. Ltd. Şti.” adlı süd məhsulları istehsalı müəssisələrində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbləri üzrə qiymətləndirmə həyata keçirilib.

 

AQTİ-dən Aztibb.az-a verilən xəbərə görə, qiymətləndirmə zamanı qeyd olunan müəssisələrin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar nəzərdən keçirilib, təhlil aparılıb.

 

Qiymətləndirmənin nəticəsinə uyğun olaraq, sözügedən müəssisələr AQTA tərəfindən təsdiq edilib. 

 

Qeyd edək ki, bu ilin ötən dövründə Agentlik tərəfindən ümumilikdə 33 xarici qida obyekti təsdiqlənib.

 

Onu da bildirək ki, qanunvericiliyə əsasən, xarici qida obyektləri təsdiq olunmadığı təqdirdə, bu cür müəssisələrdən ölkəmizə yüksək risk qrupuna aid heyvan mənşəli qida məhsulları idxal edilə bilməz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır