Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə Göz xəstəlikləri bölməsi fəaliyyətə başlayıb  
23.02.2024 17:04
Göygöl Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin nəzdində Göz xəstəlikləri bölməsi fəaliyyətə başlayıb.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, yeni yaradılan Göz xəstəlikləri bölməsi müasir tibbi avadanlıqlarla, dərman və dərman vasitələri ilə təchiz olunub.
 
Həkim-oftalmoloq Azər Məmmədovun rəhbərlik etdiyi bölmədə xalazion, pterigium, göz qapağında plastik əməliyyatlar, qapağın xaricə doğru qatlanması, katarakta fako, qlaukoma, yaş kisəsində əməliyyatlar, çəpgözlük, henukulasiya əməliyyatı, evisirasiya əməliyyatı, gözdə müxtəlif travmalar, gözdə yad cisimlərin çıxarılması əməliyyatlarının icra edilməsi nəzərdə tutulub.
 
Xəstəxanada bu imkanların yaradılması Göygöl rayon sakinlərinin uzaq məsafə qət etmədən zamanına qənaət edərək tibbi xidmət almasına imkan yaradacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır