İSİM-in nümayəndəsi Stokholmda seminarda iştirak edib
22.02.2024 13:33

İsveçin Stokholm şəhərində Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) təşkilatçılığı ilə 12-16 fevral 2023-cü ildə “Epidemioloji araşdırma və risklərin sürətli qiymətləndirilməsi” mövzusunda seminar keçirilib. 

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova seminarda iştirak edib.

 

İSİM-dən Aztibb.az-a bildirilib ki, seminara Avropa Qonşuluq Siyasətinə (AQS) daxil 12 tərəfdaş ölkədən 30, Aİ/EEA (Avropa İttifaqı/Avropa İqtisadi Ərazisi) üzrə 16 ictimai səhiyyə mütəxəssisi qoşulub.

Təlimlərdə epidemioloji araşdırmaların müxtəlif aspektləri, skrininq metodları, filtrasiya meyarları nəzərdən keçirilib, müvafiq məlumatların hesabat məqsədli təhlili aparılıb. Tədbir çərçivəsində faydalı təcrübələr bölüşülüb və səmərəli fikir mübadiləsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər