Daha bir riskli əməliyyat uğurla icra olunub
22.02.2024 12:15

TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində aorta qapaq təmiri, qalxan aorta replasmanı, hemiarkus replasmanı əməliyyatı uğurla icra olunub.

 

Bu məlumat Aztibb.az-a Klinikadan verilib.

 

Klinikanın Təcili tibbi yardım şöbəsinə döş qəfəsində, kürəkdə və beldə kəskin ağrı şikayətləri ilə müraciət edən 1963-cü il təvəllüdlü Balabacı Mahmudova müayinə olunduqdan sonra tip I aorta diseksiyası (aorta damarının iç təbəqəsinin ürəkdən çıxdığı yerdən başlayaraq böyrək arteriyasına qədər cırılması və aortanın təbəqələrə ayrılması) diaqnozu qoyulub.

 

Ürək-damar xəstəlikləri içərisində yüksək ölüm riskinə malik olan bu patoloji halın yeganə müalicəsi ən qısa müddətdə əməliyyat olunaraq deffektin aradan qaldırılmasıdır.

 

Ürək-damar cərrahı Mətin Hadizadə və komandası tərəfindən 4 saat icra edilən əməliyyat nəticəsində aorta qapaq təmir edilib, aorta damarının cırılmış hissəsi ürəkdan başlayan seqmentdən aorta qövsünün bir hissəsi daxil olmaqla kəsilərək rezeksiya edilib və süni damar qrefti ilə protezlənib.

 

Olduqca ağır və yüksək riskli əməliyyatdan 5 saat sonra xəstə süni tənəffüs aparatından ayrılıb. 1 gün sonra palataya köçürülən xəstə 5-ci günündə ambulator müalicə üçün evə yazılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib