TƏBİB beynəlxalq konfransda təmsil olunub  
22.02.2024 11:37

Türkiyənin Konya şəhərində “Beynəlxalq Akademik Təcili Tibbi Yardım Konqresi” keçirilib.

 

“Acil Akademik Eğitim Derneği”-nin təşkilatçılığı ilə keçirilən konqresdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev iştirak edib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, konqresin məqsədi təcili yardım xidmətlərinin idarə edilməsi mövzusu üzrə bilik və bacarıqların artırılması, təcili və təxirəsalınmaz tibbi yardımın müasir dünya standartlarına uyğun təşkil olunması, çağırışlar zamanı çeşidlənmə, triaj aparılarkən yaranan çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflərin müzakirəsi, eləcə də xəstələrin təxliyə qaydalarının təkmilləşdirilməsindən ibarət olub. 

 

Konqresdə çıxış edən M.Ağayev son illərdə Azərbaycanda təcili tibbi yardım sisteminin inkişafı, bu sahədə əldə olunan müsbət nəticələr barədə konqres iştirakçılarına geniş məlumat verib. Tədbirdə, o cümlədən Azərbaycan və digər Avropa ölkələrinin təcili yardım sistemlərinin diferensial müqayisəsi aparılıb. 

 

Bolqarıstan, Rumıniya və Orta Asiya ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən konqres maraqlı müzakirələrlə yadda qalıb.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır