İsmayıllıda şagirdlər icbari tibbi sığortaya dair maarifləndiriliblər
23.02.2024 09:22
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası və E.Məmmədov adına 3 saylı tam orta məktəb-liseyin təşkilatçılığı ilə icbari tibbi sığortaya dair maarifləndirici tədbir keçirilib.
 
Tədbirdə İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov, İsmayıllı RMX-nın Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri İfadə Mirzəyeva, həmin şəbənin sığorta üzrə mütəxəssisi Aytac Bəhrəmli, məktəbin rəhbərliyi və kollektivi iştirak edib.
 
Bu məlumat Aztibb.az-a Rayon Xəstəxanasından verilib.
 
Öncə qonaqlar məktəb-liseyin tarix müəllimi, Vətən müharibəsi şəhidi Famil Əhmədzadənin adına yaradılmış muzeylə tanış olublar.
 
Tədbir zamanı Xidmətlər Zərfini əhatə edən tibbi xidmətlərdən və onların əlçatanlığının təmin edilməsindən, İcbari tibbi sığorta çərçivəsində göndərişlərin verilməsindən və gəlcəkdə tibbi xidmətlərin (onkoloji və s.) artırılmasından danışılıb.
 
Yekunda icbari tibbi sığorta ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub