Araşdırma: Qəzzada atəşkəs elan edilsə belə, 11 mindən çox insan xəstəliklərdən öləcək
21.02.2024 16:28

İngiltərə və ABŞ universitetlərində aparılan araşdırmalara görə, Qəzzada atəşkəs elan olunsa belə, epidemiya, xəstəlik və yaralanma kimi səbəblərdən avqusta qədər 11.580 adam həyatını itirəcək.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

London Universitetinin Gigiyena və Tropik Təbabətlər Məktəbi və ABŞ-ın Cons Hopkins Universitetinin Humanitar Sağlamlıq Mərkəzinə bağlı Humanitar Böhranlarda Sağlamlıq Mərkəzi Qəzzada vəziyyətin 3 fərqli ssenaridə necə dəyişəcəyini açıqlayan hesabatını dərc edib. 

 

Atəşkəsin elan edildiyi, hazırkı hücumların eyni şəkildə davam etdiyi və hücumların intensivliyinin artdığı ssenarilərə görə hazırlanan hesabat, 7 fevral - 6 avqust 2024-cü il tarixləri arasında Qəzzada xalq sağlamlığının necə dəyişəcəyi ilə bağlı proqnozları ortaya qoyur.

 

Hesabatda, Qəzzada atəşkəsin elan edildiyi bir mühitdə müharibənin təsirləri, yoluxucu və ya yoluxucu olmayan xəstəliklər və ana və yeni doğulanların sağlamlığına təsir edən səbəblərdən 6 min 550 adamın öləcəyi təxmin edilir. Vəziyyət davam edirsə, ölənlərin sayı 58 min 260-a, hücumlar isə 58 min 260-a yüksələcək. Şiddət artarsa, ölənlərin sayının 74 min 290-a yüksələcəyi proqnozlaşdırılırdı.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır