Səhiyyə naziri UNICEF-in ölkəmizdəki nümayəndəsi ilə görüşüb
21.02.2024 12:24

Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəsi xanım Saca Faruq Abdullahla görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a nazirlikdən verilib.


Görüşdə UNICEF-in Azərbaycanda uşaqlara göstərilən immunizasiya xidmətinin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi, o cümlədən səhiyyə sektorunda fəaliyyət göstərən digər tərəfdaşlarla əməkdaşlığın artırılması müzakirə olunub. Həmçinin immunizasiya proqramlarına dəstək ola biləcək spesifik sahələrin araşdırılması və birgə fəaliyyət planının hazırlanması nəzərdən keçirilib.


Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNİCEF arasında əlaqələrin çoxşaxəli olduğunu bildirib: “Ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb. Səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirilib”.


Teymur Musayev Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir, vaksin preparatlarının da Azərbaycana UNICEF xətti ilə gətirildiyini vurğulayıb.


Teymur Musayev Azərbaycanın UNİCEF ilə əməkdaşlığının bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır