Həkimə yaraşan mədəniyyəti və etikası ilə rəğbət qazanmış psixiatr - Əli Əliyev
10.03.2024 09:40
"Həkimlərimizi tanıyaq!" rubrikamızda sizə həkimə yaraşan mədəniyyəti və etikası ilə rəğbət qazanmış psixiatr Əliyev Əli Əmirxan oğlunu təqdim edirik.
 
O, 1961-ci ildə Yevlax rayonunda anadan olub. 1978-1984-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1984-1985-ci illər ərzində Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında internatura keçib.
 
Əli Əliyev 1985-1986-ci illərdə Yevlax Rayon Təcili Tibbi Yardım Stansiyasında həkim, 1986-1991-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-psixiatr, 1991-1996-ci illərdə Tibbi Sosial Ekspertiziya Komissiyasında ekspert nevropatoloq, 1998-2004-cü illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri, 2004-2017-ci illərdə isə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-psixiatr vəzifələrində çalışıb. Daha sonra 2017-2022-ci illərdə Mingəçevir Ruhi Əsəb Dispanserində həkim-psixiatr kimi fəaliyyət göstərib. O, 2022-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-psixiatr işləyir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub