"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Terapevt Kəmalə Hüseynova
08.03.2024 10:02
Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Kəmalə Hüseynova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (Gəncə ŞBX) nəzdində fəaliyyət göstərən Cavadxan Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkim-terapevtidir.
 
O, 19 fevral 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1977-1983-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. Daha sonra 1983-1984-cü illərdə Abbas Səhhət adına xəstəxananın II Terapiya şöbəsində (2 saylı şəhər xəstəxanası) internatura kursunu bitirib. 1984-1989-cu illərdə təyinatla Gəncə şəhər Psixatriya xəstəxanasında həkim-terapevt vəzifəsinə təyin olunub.
 
Kəmalə Hüseynova 1989-1998-ci illərdə Gəncə şəhər Tələbə poliklinikasında həkim-terapevt olaraq fəaliyyət göstərib, 2011-ci ildən Cavadxan ASM-də həkim-terapevt vəzifəsində çalışır.
 
Qeyd edək ki, Kəmalə Hüseynova 2014-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Gəncə Şəhər Səhiyyəsinin inkişafında rolu olan xidmətlərinə görə Fəxri fərmanla təltif olunub. O, eyni zamanda Gəncə Şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının üzvüdür.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır