Mərkəzi Gömrük Hospitalında seminar: "Yeni aşkarlanmış diabetdə terapiyaya yanaşma” 
18.02.2024 12:38

Mərkəzi Gömrük Hospitalında "Yeni aşkarlanmış diabetdə terapiyaya yanaşma” mövzusunda seminar keçirilib.

 

Hospitaldan Aztibb.az-a bildirilib lo, tədbirdə həkim-endokrinoloq Şəbnəm Əlirzayeva mövzu üzrə təqdimatla çıxış edib.

 

O, şəkərli diabet haqqında ətraflı məlumat verərək, xəstəliyin əsas əlamətləri, epidemiologiyası, şəkərli diabetin tipləri, bu tipləri fərqləndirən əlamətlər və diaqnostikasından danışıb. Şəkərli diabetin 2 tipini fərqləndirən Şəbnəm Əlirzayeva 1-ci tip şəkərli diabet xəstələri üçün insulin terapiyası və insulin pompasından istifadə qaydalarını izah edib.

 

Sonra həkim son vaxtlar daha çox rast gəlinən 2-ci tip şəkərli diabetin risk qruplarından danışaraq, xəstələr üçün müalicə üsullarını sadalayıb və tövsiyələrini verib. O, şəkərli diabetin müalicəsi zamanı düzgün qidalanmanın, fiziki aktivliyin də rolunu qeyd edib, dərman preparatları barədə ətraflı məlumat verib.

 

Seminar həkimlər, orta tibb işçiləri və rezidentlər tərəfindən maraqla qarşılanıb, təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb