İsrail ordusu Qəzzada Nasser xəstəxanasının Doğum şöbəsinə basqın edib
16.02.2024 11:35

İsrail əsgərləri Qəzza zolağının cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasının Doğum şöbəsinə basqın edərək 2 təcili yardım maşınını yararsız hala salıb.

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, Qəzzada Səhiyyə Nazirliyi 25 gündür İsrail ordusunun mühasirəsində olan Nasser Xəstəxanasında son vəziyyətlə bağlı məlumat paylaşıb.

 

Səhiyyə Nazirliyinin verdiyi açıqlamada İsrail ordusunun "Nasser xəstəxanasını kazarmaya çevirməyə çalışdığı", əsgərlərin xəstəxanadakı təcili yardım mərkəzini və məcburi köçkün fələstinlilərin çadırlarını hədəfə aldıqları, buldozerlərlə xəstəxana şəhərciyindəki kütləvi məzarları məhv etdikləri bildirilib.

 

Sərhədsiz Həkimlər (MSF) İsrail ordusunu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki Nasser xəstəxanasına hücumlarını dayandırmağa çağırıb.

 

Qeyd edək ki, yanvarın 22-dən etibarən İsrail ordusu Qəzzanın cənubunda, daha əvvəl "təhlükəsiz zona" olduğunu iddia etdiyi Xan Yunus şəhərinə və şəhərdəki xəstəxanalara həm hava, həm də artilleriya atəşi ilə intensiv hücumlar həyata keçirir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub