Tərtərdə şagirdlər ailə dəyərləri və sağlam həyat tərzi mövzusunda məlumatlandırılıb
18.02.2024 09:09
Tərtər rayon 5 saylı tam orta məkətbdə gənclərin iştirakı ilə “Ailə dəyərlərimizi qoruyaq” və "Sağlam həyat tərzi" mövzusunda tədbir keçirilib.
 
Tərtər Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, tədbirdə tibb müəssisəsinin psixoloqu Təranə Əmiraslanlı ailənin milli-mənəvi dəyərlərin daşıyıcısı olduğunu bildirib. Qeyd edib ki, sağlam ailə modelinin formalaşmasına mane olan amillərdən biri kimi erkən nikaha qarşı mübarizə ən aktual məsələlərdən biridir.
 
Psixoloqun sözlərinə görə, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi ehtiyac var və mütəmadi olaraq bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilir.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır