Ürək xəstəliyi səbəbindən ağır vəziyyətdə KTM-ə gətirilən yaşlı vətəndaş yaxşılaşma ilə evə buraxılıb
16.02.2024 10:13
62 yaşlı vətəndaş çox ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin (KTM) Kardiologiya şöbəsinə daxil olub.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, aparılan müayinələrə əsasən xəstəyə ürək çatışmazlığı, dilatasion kardiomiopatiya, ritm pozğunluğu, səyirici aritmiya, taxisistolik forma diaqnozları qoyulub. Ürəyin atım fraksiyası (AF) 18% olub.
 
Xəstə uzun müddət dekompensasiya vəziyyətində olub, dəfələrlə ambulator və stasionar müalicələr alıb. Aşağı ətraflarda hər iki tərəfdə arteriyanın kritik stenozu olub.
 
Uzunmüddətli müayinə və müalicələrdən sonra xəstənin vəziyyəti tam normallaşıb. Xəstə 22 günlük intensiv müalicələrdən sonra yaxşılaşma ilə evə buraxılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır