Mərkəzi Gömrük Hospitalının infeksionisti orta tibb personalı üçün təlim keçib  
15.02.2024 17:23
Mərkəzi Gömrük Hospitalının infeksionisti, uzman həkim Mədinə Abdullayeva “Tibb işçilərinin peşə sağlamlığı və təhlükəsizliyi” mövzusunda təlim keçib.
 
Hospitaldan Aztibb.az-a bildirilib ki, tədbirdə rəis müavini Nabil Seyidov, müəssisənin tibb bacıları və tibb qardaşları iştirak ediblər.
 
Mədinə Abdullayeva “Tibb işçilərinin peşə sağlamlığı və təhlükəsizliyi” mövzusunda təqdimatında tibb işçiləri üçün peşə riskləri və bioloji risklər haqqında ətraflı məlumat verərək, tibb işçilərinin müxtəlif infeksiyaları alma yollarını, bu respirator infeksiyalardan qorunma üsullarını, qan patogenlərinin tibb işçilərini yoluxdurma yollarını izah edib, həmçinin, iti cisimlərin zədələmələrindən qorunması üçün lazımi tədbirlərin həyata keçirilməsindən danışıb.
 
O, eyni zamanda, tibb işçilərinə hansı peyvəndlərin vurulmasının zəruriliyi barədə də öz tövsiyələrini verib. Təlim orta tibb işçiləri tərəfindən maraqla qarşılanıb, təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub