Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid analarının səhhətləri ilə maraqlanıb
15.02.2024 09:35
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov səhhətləri ilə əlaqədar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alan 44 günlük Vətən müharibəsi şəhidi Təbriz İsayevin anası Sərmayə İsayevanı və antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Seymur Şəbiyevin anası Mərziyə Şəbiyevanı ziyarət edib.
 
Bu barədə Aztibb.az-a Rayon Xəstəxanasından məlumat verilib.
 
Şəhid analarının səhhətləri ilə maraqlanan rayon rəhbəri bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə daim yüksək diqqət və qayğı göstərir. Vurğulanıb ki, biz  qəhrəman şəhidlərimizə hər zaman minnətdarıq, onların əbədiyaşar xatirəsini əziz tuturuq. Bu, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bütün şəhid anaları, xanımları dəyərli və əzizdirlər.
 
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru hər iki şəhid anasının səhhəti barədə icra başçısına məlumat verib. O, şəhid analarının vəziyyətlərinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır