Onkoloji xəstəliklə bağlı əlilliyi olan 219 şəxsə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib
14.02.2024 16:22

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni xidmət istiqaməti olaraq ötən ilin noyabr ayından onkoloji xəstəliklə əlaqədar əlilliyi olan şəxslərə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilir.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, bu xidmətlər ötən dövrdə artıq 219 şəxsi əhatə edib.

 

Bildirilib ki, Agentliyin reabilitasiya mərkəzləri tərəfindən onlar üçün ambulator, səyyar və ya onlayn formada fərdi və qrup seanslar həyata keçirilir.

 

Onkoloji xəstələrin sosial-psixoloji xidmətlə təmin edilməsi onlarda stress səviyyəsinin azaldılması, kədər və yalnızlıq hisslərinin, bədbinliyin aradan qaldırılması, reabilitasiya prosesinin dəstəklənməsi məqsədi daşıyır.

 

Xidmət çərçivəsində həmin şəxslərin ailə üzvləri də emosional dəstək və qayğı göstərmək bacarıqlarının gücləndirilməsi məqsədilə psixo-maarifləndirmə tədbirlərinə cəlb edilirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib