Respublika Klinik Xəstəxanasında Ümumdünya Uşaq Epilepsiyası Günü qeyd olunub
14.02.2024 15:04
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Uşaq Epilepsiyası Günü ilə bağlı tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, açılış nitqi ilə çıxış edən Baş həkim Sərdar Əsədov Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 65 milyon nəfər yer kürəsi əhalisinin 1 faizə qədərinin epilepsiyadan əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, onlardan yalnız 25 faizi adekvat müalicə alır. Müasir dərmanlar 70 faiz xəstələrin ürək tutmalarından tamamilə xilas olmasına imkan verir. Həmin preparatlar səmərəli olmaqla yanaşı, az toksiki təsirə malikdir, əhval-ruhiyyəyə və psixikaya təsir etmir. Sərdar Əsədov vurğulayıb ki, epilepsiya xəstələri təhsil alır, işləyir, ailə qurur, dünyaya sağlam övlad gətirir və tam normal həyat yaşayırlar.
 
Daha sonra çıxış edən Respublika Klinik Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri Aytən Hüseynova son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmizdə epilepsiyanın epidemiologiyası, xəstəliyin nazoloji və semioloji strukturu, onların həyat keyfiyyəti öyrənilib, müxtəlif tədqiqatlar aparılıb. Tədqiqatlarda epilepsiyalar zamanı mövcud olan qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb.
 
Aytən Hüseynova diqqətə çatdırıb ki, ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir: "Bunlardan xəstələrin tibbi yardım və birinci səviyyə antiepileptik dərmanlarla dövlət hesabına təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizat, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyalarının təşkili, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onların daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətdə saxlanmasını misal çəkmək olar”.
 
Tədbirdə Ülkər Mürsəlova "Epileptik ensefalopatiyalar", Nərgiz Əliyeva" Uşaqlarda epilepsiya xəstəliyinin idarə olunması, epileptik status zamanı təcili yardımın göstərilməsi", Təranə Seyid Məmmədova "Qeyri-epileptik tutmalar", Azad Məlikov "Epilyasiya xəstəliyinin cərrahi müalicəsi" mövzusunda məruzələrlə çıxış ediblər.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır