Öskürəyi müalicə etməzdən əvvəl onun əsas səbəbini aşkar etmək lazımdır
18.02.2024 10:27
Öskürək hər hansı ağciyər xəstəliyinin simptomudur və əksər hallarda orqanizmimizin qoruyucu refleksidir. Öskürək zamanı orqanizmdən mikroblar, selik, toz və s. zərərli və yad maddələr xaric olunur. Lakin bu, yalnız nəm öskürəyə aiddir. Quru və uzunsürən xroniki öskürək orqanizmə heç bir kömək etmir və əksinə müxtəlif pozulmalara səbəb ola bilər.
Bu barədə Aztibb.az-a Ağsu Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi Rişad Kərimov məlumat verib. Həkim bildirib ki, öskürəyin səbəbləri müxtəlif ola bilər. Məsələn, kəskin respirator virus infeksiyaları, bronxit, bronxial astma, vərəm, allergiyalar, traxeit və laringit, pnevmoniya (uzunsürən bəlğəmli öskürək, halsızlıq, hərarətin yüksəlməsi, iştahanın azalması, sinədə ağrılar və s.), bəzi xroniki ürək və damar xəstəlikləri buna aiddir.
Rişad Kərimov qeyd edib ki, öskürəyi müalicə etməzdən əvvəl onun əsas səbəbini aşkar etmək, ilk növbədə, terapevtin müayinəsindən keçmək lazımdır. Müayinədən sonra lazım olduqda həkim xəstəni digər mütəxəssislərin müayinələrinə (LOR, ftiziatr, allerqoloq, kardioloq, qastroenteroloq) göndərə bilər:
"Öskürək 2 həftədən artıq davam etdikdə və hərarətin yüksəlməsi ilə müşayiət olunduqda mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu, pnevmoniyanın, vərəmin simptomu ola bilər. Bundan başqa, öskürək boğulma tutmaları ilə, təngənəfəsliklə müşayiət olunduqda, bəlğəm yaşıl və ya sarı rəngdə olduqda, eləcə də xəstənin səsi dəyişdikdə və xəstə qısa müddət ərzində səbəbsiz olaraq çəki itirdikdə həkimə müraciət etmək vacibdir".
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

