Qazax Rayon Mərkəzi Xəstəxanasının təcrübəli terapevti - Ramiz Osmanov
28.02.2024 16:50
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Qazax Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri Ramiz Osmanovu oxuculara təqdim edəcəyik.
 
Osmanov Ramiz Osman oğlu 1961-ci ildə Qazax Rayon I Şıxlı kəndində anadan olub. 1978-1984-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda həkim-terapevt ixtisası üzrə təhsil alıb. 1985-ci ildə Tovuz Rayon Mərkəzi Xəstəxanasında internaturanı həkim-terapevt ixtisası üzrə bitirib.
 
O, 1985-1988-ci illərdə Şəmkir Rayon Mərkəzi Xəstəxanası TTTYS-da həkim, 1988-ci ildə Qazax Rayon Yuxarı Salahlı kənd xəstəxanasında həkim-terapevt,1989-cu ildə Qazax Rayon Orta Salahlı Kənd həkim məntəqəsində müdir, 1990-cı ildə Qazax Rayon Aşağı Salahlı Kənd həkim məntəqəsində müdir, 1990-2021-ci illərdə Qazax Rayon Mərkəzi Xəstəxanası TTTYS-da həkim-terapevt, 2021-2022-ci illərdə isə Qazax Rayon Mərkəzi Xəstəxanasının TTY bölməsində böyük həkim vəzifələrində çalışıb. 2022-ci ildən Qazax Rayon Mərkəzi Xəstəxanasında Terapiya şöbəsinin müdiridir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır