Mərkəzi Gömrük Hospitalında travmada ilkin təxirəsalınmaz tibbi yardım üzrə beynəlxalq kurs keçirilib  
12.02.2024 09:34
10-11 fevral 2024-cü il tarixlərində AHA Beynəlxalq Təlim Mərkəzi tərəfindən tibb işçiləri üçün rəsmi beynəlxalq sertifikatlaşdırılmış "İTLS - Travmada İlkin Təxirəsalınmaz Tibbi Yardım Kursu” keçirilib.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, təlimdə hospitalın Təcili tibbi yardım şöbəsinin təcili tibbi yardım həkimləri, habelə travmatologiya və ümumi cərrahiyyə ixtisasları üzrə rezidentlər iştirak ediblər.
 
İTLS kursu TTY briqadaları, fövqəlada hallarda zərərçəkmişlərə yardım göstərən mütəxəssislər, hərbi həkimlər və digər tibb işçiləri, idman həkimləri, habelə reanimatoloqlar, terapevtlər, cərrahlar və orta tibb işçiləri üçün nəzərdə tutulub.
 
Kurs özündə travmanın və onun səbəb olduğu zədələnmələrin mexanizminin təyin edilməsi, mütəşəkkil şəkildə və müvafiq vaxt çərçivəsində zərərçəkmişə ilk tibbi yardımın göstərilməsi, travma zonasında stabilləşdirilməsi və evakuasiyasını, kritik tibbi müdaxilələrin prioritetləşdirilməsi və icrasını, habelə travma ilə bağlı həyata təhlükə yaradan halların diaqnostikası və ilkin müalicəsini və zərərçəkmişlərin daşınması məsələlərini əhatə edir.
 
İTLS kursunda həm nəzəri, həm də praktik bacarıqların aşılanması təmin edilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır