Hacettepe Universitetinə təlim üçün göndərilən həkim və tibb bacıları ilə görüş olub
10.02.2024 15:30

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov Naxçıvandan Türkiyənin Hacettepe Universitetinə təlimə göndərilən həkim və tibb bacısı heyəti ilə görüş keçirib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə Samiq Sadıxov qeyd edib ki, həkim və tibb bacılarının peşəkarlığının artırılması üçün cari ildən etibarən Türkiyə Universitetlərinin xəstəxanaları ilə başlanan və mərhələli şəkildə Naxçıvan səhiyyə sistemindəki bütün həkimləri və tibb bacılarını əhatə edəcək mübadilə proqramlarının növbəti mərhələsi baş tutur: "Bildiyiniz kimi, Qazi universitetində 6 həftəlik təlim keçən tibb bacılarının təlimi yanvar ayının 15-dən başlayıb. Artıq Hacettepe Universiteti ilə də ixtisaslı həkimlər və tibb bacıları üçün təlim proqramlarına başlayırıq".


Samiq Sadıxov vurğulayıb ki, tibb bacıları səhiyyə sisteminin əsas qüvvələridirlər, onların üzərlərinə düşən vəzifəni layiqincə və peşəkar yerinə yetirməyi həm tibbi xidmətin keyfiyyətinə, həm də xəstə məmnuniyyətinə ciddi təsir edən vacib amildir. İnanıram ki, hər biriniz yaradılan bu şəraitdən maksimum faydalanacaq, öz aktivliyiniz, təşəbbüskarlığınız, nizam-intizamınızla seçiləcək, bilik və bacarıqlarınızın artırılması üçün var qüvvənizlə çalışacaq, səhiyyəmizi yüksək səviyyədə təmsil edəcəksiniz.

 

Diqqətinizə çatdırılıb ki, mübadilə proqramlarımız ikitərəflidir. Yaxın günlərdə Türkiyənin universitetlərindən gələn professorlar və tibb bacıları Naxçıvanda müxtəlif xəstəxanalarda işə başlayacaqlar. 

 

Görüşün sonunda tibb bacılarına “Orta tibb işçilərinin vəzifə və intizam təlimatları”na dair slayd nümayiş etdirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır