İnfeksion xəstəliklərin menecmenti üzrə II Bakı konfransı təşkil olunub
10.02.2024 11:04

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Daxili Xəstəliklər Dərnəyi, Azərbaycan İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Cəmiyyətinin birgə əməkdaşlığı, Uptodate İn Medicine-nin texniki dəstəyi ilə İnfeksion xəstəliklərin menecmenti üzrə II Bakı konfransı keçirilib. 

 

İSİM-dən Aztibb.az-a verilən xəbərə görə, konfrans müasir dövrdə infeksion xəstəliklərə qarşı mübarizə istiqamətində görülən işlərlə dair fikir mübadiləsi aparmaq, o cümlədən COVID-19 pandemiyası kimi son hadisələr fonunda əldə olunan bilik və təcrübələri bölüşmək məqsədilə təşkil olunub.

 

Konfransda səhiyyə və tibb işçiləri, o cümlədən ailə həkimi, ümumi-cərrah, endokrinoloq, terapevt, anestezioloq-reanimatoloq, infeksionist həkimlər iştirak ediblər.

Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitar-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, İSİM-in direktoru Qəhrəman Haqverdiyev, TƏBİB-in Strateji inkisaf departamentinin rəhbəri Yaqut Qarayeva, Yeni klinikanın direktoru, Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin sədri Barat Yusubov açılışda çıxış edərək, müasir dövrdə infeksion xəstəliklərə qarşı mübarizədə qlobal əməkdaşlığın və dəyişən epidemioloji vəziyyətə tez uyğunlaşmağın vacib olduğunu vurğulayıblar.

 

Müxtəlif sessiyalarda konfrans iştirakçılarına “Səhiyyə isçiləri arasında COVID-19, qrip və RSV infeksiyaları və vaksinasiyanın effektivliyinin öyrənilməsi tədqiqatı”, “Hepatit C infeksiyasına müasir yanasma”, “İİV/QİÇS-in idarə olunmasında müasir yanaşmalar” və s. mövzular üzrə geniş təqdimatlar təqdim olunub. Səhiyyə və tibb işçiləri - Qəhrəman Haqverdiyev, Vasif Əliyev, Leyla Həşimova, Fərid Əliyev, Mədinə Abdullayeva, Səbinə Babazadə, Xalidə Səmədzadə, Təyyar Eyvazov, Xəyal Məmmədov, Aida Sərkərova, Səbinə Cəfərova, Səbinə İbrahimova, Nabil Seyidov, Aişə Kərimova və digər nümayəndələrin çıxışları ətrafında səmərəli fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 8 DTT kredit balı ilə qiymətləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır