7 fevral seçkilərində qazanan Azərbaycan oldu!
08.02.2024 17:25
Azərbaycan daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın bayram əhval - ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri sıradan bir seçki prosesi deyildi. Müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçirdilər. Bu baxımdan növbədənkənar prezident seçkiləri 44 günlük Zəfər savaşının və uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənəcək möhürü oldu və bu səbəbdən 7 fevral seçkiləri Zəfər seçkisi kimi tarixə yazıldı. Bu seçkilərin tariximizdə analoqu olmayan hadisə sayılmasının daha bir özəlliyi isə qalib Xalq- qalib Lider tandemi idi.
Müasir dünya siyasi düzənində ən inkişaf etmiş, hətta super güc sayılan dövlətlərdə belə vətəndaşların seçkiyə marağında aktivlik və lidersizlik problemi yaşanır.
7 fevral seçkilərində Azərbaycan seçicisinin öz iradəsini böyük fəallıq və coşqu ilə ifadə etməsi, mütləq əksəriyyətlə Qalib Liderə səs verməsi dünya üçün müqayisəsi olmayan nümunə oldu. Əslində, xalqımızın seçimi dünya üçün də öncədən bəlli idi və rəsmi nəticələrdə seçkidən əvvəl keçirilən rəy sorğuları təsdiqini tapdı. 200 illik tariximizi şərəfləndirərək Vətəni bütövləşdirən xalqın mütləq qəhrəmanına çevrilmiş cənab İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəldi.
Bütün beynəlxalq və yerli müşahidəçilərin, həmçinin, digər namizədlərin rəylərində əks olunduğu kimi tam ədalətli, şəffaf şəkildə keçirilən seçkilər dünya demokratiyası üçün də bir örnək oldu.
Seçkinin dünya üçün Azərbaycan örnəyində vətəndaşlarımız sevgi, coşqu ilə məntəqələrdə öz layiqli namizədinə səs verməklə ölkə başçısının təbliğat texnologiyaları və inzibati resursları ilə deyil, ümumxalq məhəbbəti ilə seçilməsini dünya siyasi tarixinə əbədi nümunə olaraq həkk etdilər.
Cənab İlham Əliyevin fəaliyyətinə nəzər saldıqca Azərbaycan seçicisinin seçimində haqlı olduğu aydın şəkildə görünür.
Çünki Prezident kimi İlham Əliyevin yürütdüyü siyasətin əsasını ədalət təşkil edib. İllərdir həm siyasi müzakirələrdə, həm iqtisadi layihələrin reallaşmasında xalqımız, eləcə də dünya ictimaiyyəti Prezident İlham Əliyevin simasında Azərbaycanın dürüst və ədalətli mövqeyinin şahidi olub.
Cənab Əliyev Azərbaycan rəhbəri kimi fəaliyyəti dönəmindən bugünümüzə qədər müstəqil siyasət yürütməyi bacararaq ikili standartlarla yaşayan imperialist dünyada mümkün təhlükələrdən qoruyaraq ölkəmizi yeni imicdə qlobal arenaya təqdim edib. Prezident İlham Əliyevin nüfuzu, geopolitik və geosiyasi gedişləri beynəlxalq miqyasda mövqelərimizin möhkəmlənməsi ilə nəticələnməsi ilə yanaşı, Azərbaycanı həm də yüksək dost, tərəfdaş ölkəyə çevirib.
Prezident İlham Əliyev vətəndaşına münasibətində ədalət prinsiplərinə sadiqlik nünayiş etdirərək Azərbaycanı sosialyönümlü ölkəyə çevirməyi bacarıb.
Vətəndaşın marağını hər şeydən üstün tutaraq daim xalqın içində olub, qayğılarını, problemlərini onların dilindən eşidib, hətta yubiley yaşını onlarla birlikdə keçirib.
Məhz bu alicənablıq, böyüklük, Vətəninə bağlılıq kimi ali dəyərlər Prezident İlham Əliyevi xalqın namizədi kimi yüksək məqama çatdırdı. Xalqımız, dövlətimiz İlham Əliyevin liderliyi ilə ən qüdrətli dövrünün xoşbəxtliyini yaşayır.
Müstəqilliyimizin əvvəllərində qətl olunan, hüquqları pozulan, evindən, yurdundan didərgin salınan xalqımızın cavab haqqını 30 il sonra məhz cənab İlham Əliyev ləyaqətlə verdi. İlham Əliyevin Komandanlığı altında Qarabağ tam şəkildə işğaldan azad olundu. Tarixdə qəhrəmanlığı vətənpərvərliyi ilə iz qoymuş xalqımızın layiq olduğu haqqı qüdrətli rəhbər, qalib Sərkərdə tərəfindən özünə qaytarıldı. Azərbaycan tarixi üçün fenomenal şəxsiyyət məqamını fəth edən İlham Əliyev beynəlxalq arenada lider olaraq yüksəlməklə həm də Azərbaycan xalqını zirvələrə daşıdı.
7 fevral prezident seçkilərinin nəticələri xalqımızın qalib liderinə olan sevgisinin təzahürü ilə bərabər, həm də gələcəyə inam mesajı oldu. Bu gələcək bu gündən bizə böyük və qüdrətli Azərbaycanı göstərir. Ölkəmizin problemlərini, milli dərdlərini həll edərək Azərbaycanı həmin hədəflərə aparan ümumxalq rəhbərinə sevgi əbədidir.
İlham Əliyevin 20 illik fəaliyyəti onu göstərdi ki, O, təkcə ölkəmizdə sevilmir. Dünyanın dörd tərəfində yaşayan soydaşlarımızın da vahid namizədi, alternativi olmayan lideridir. Xarici ölkələrdə səsvermədən sonra ictimaiyyətin gözü qarşısında açılan sandıqlar bunun bir daha sübutudur!
7 fevral seçkilərində qazanan Azərbaycan oldu. 44 günlük Vətən müharibəsində və 23 saat 43 dəqiqə çəkən antiterror tədbirlərində olduğu kimi…
Xalqın seçiminə eşq olsun!
Rəşad Mahmudov, Milli Məclisin deputatı, tibb elmləri doktoru
Bu bölməyə aid digər xəbərlər
Doğuşdan sonra yaranmış aralıq deformasiyası və III dərəcəli rektosel diaqnozlu pasiyent üzərində uğurlu cərrahi əməliyyat
24.08.2026 | 11:48
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
24.08.2026 | 08:47
Səhiyyə Nazirliyi: Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir
22.08.2026 | 15:34
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
Hemofiliyanın müalicəsində tibb bacılarının rolu artırılır
20.08.2026 | 14:52
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
19.08.2026 | 14:42
Hərbi Prokurorluğun rəhbər şəxsləri DSX-nin hospitalını ziyarət ediblər
19.08.2026 | 12:45
Sosial media platformalarında paylaşılan məlumatlar gələcək analarda əsassız qorxuların formalaşmasına səbəb olur
18.08.2026 | 12:35
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
18.08.2026 | 10:31
Buludlu havada da günəş kremindən istifadə etmək lazımdır
17.08.2026 | 19:38
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
17.08.2026 | 19:14
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
15.08.2026 | 16:58
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
18.08.2026 | 09:29
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
16.08.2026 | 12:42
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
16.08.2026 | 09:39
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
21.08.2026 | 08:20
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
24.08.2026 | 22:35
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
19.08.2026 | 12:24
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
18.08.2026 | 13:12
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
19.08.2026 | 16:17
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
17.08.2026 | 09:05
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
17.08.2026 | 19:26
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
18.08.2026 | 16:18
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
16.08.2026 | 14:27

