ATU tələbəsi beynəlxalq konqresin səfiridir  
09.02.2024 09:12

Bu ilin iyununda Niderlandda keçiriləcək Tibb Tələbələrinin Beynəlxalq Konqresində (ISCOMS -  International Student Congress Of (bio)Medical Sciences) Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri də iştirak edəcək. 60-dan çox ölkədən yüzlərlə iştirakçısı olacaq bu tədbirdə ATU tələbələri də qeydiyyatdan keçiblər.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Ötən il konqresin iştirakçısı olan ATU-nun 4-cü kurs tələbəsi Fəridə Ağayarlı İSCOMS-da  tədqiqat aparan ilk  azərbaycanlı tələbə olub. Hazırda konqresin səfiri qismində çıxış edən  F.Ağayarlı deyir ki, üç günlük konqres boyunca tələbələr öz tədqiqatlarını bölüşməklə yanaşı, həm də tibb sahəsi üzrə mütəxəssislər tərəfindən yeni biliklər əldə edir, bir çox praktiki təlimlərə, vorkşoplara qatılırlar. Bu konqresin üstün cəhətlərindən biri də uğurlu iştirakçılar üçün xüsusi tədqiqat təqaüdünün ayrılmasıdır. Konqresdə çıxış edən yüzlərlə tələbədən yalnız 20-si bu təqaüdə layiq görülür.

 

Hələ ötən il Bakıda keçirilən Gənc Alimlərin və Tibb Tələbələrinin Beynəlxalq Konqresində ilk yeri tutan F.Ağayarlı həmin elmi işini İSCOMS-a da göndərib və konqresin təqaüdünü qazanıb. O, hollandiyalı mütəxəssisin başçılığı ilə elmi iş hazırlayıb və Niderlandda təqdimatını keçirib. 

 

Qeyd edək ki, İSCOMS tələbələrə sosial və elmi şəbəkələrini genişləndirmək imkanı verir. Zəngin elmi proqramla yanaşı, konqres bütün iştirakçılara tanış olmaq və əylənmək şansı verən əyləncələrlə dolu sosial proqrama malikdir. Bu ilki konqresdə iştirakçılar üçün qeydiyyat fevralın 19-dan sonra açılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır