Gəncə Perinatal Mərkəzdə daha bir uğurlu əməliyyat icra edilib
08.02.2024 15:54
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Perinatal Mərkəzdə daha bir uğurlu əməliyyat icra olunub.
 
Aztibb.az-a Gəncə ŞBX-dan verilən xəbərə görə, Perinatal Mərkəzə qeysəriyyə əməliyyatı üçün müraciət edən Şəmkir rayon qeydiyyatında olan Zülfiyyə Hüseynova 2-ci dəfə ana olub.
 
48 yaşlı qadın 37+2 həftə hamiləlik, uşaqlıqda çapıq, döl qişalarının vaxtından əvvəl cırılması, talassemiya daşıyıcısı, mənfi rezus faktoru və orta ağır dərəcəli preeklampsiya diaqnozu ilə əməliyyata alınıb.
 
Ağır hamiləlik keçirən qadın 08.02.2024-cü ildə Perinatal Mərkəzdə qeysəriyyə əməliyyatı olub. Əməliyyatı həkim-mama-ginekoloqlar Günel Ələsgərli, Sürəyya Cabbarova və anestezioloq Şahin Ələsgərov icra edib.
 
Qeyd edək ki, körpənin cinsi qız, boyu 49 sm, çəkisi 2 kq 800 qr olub. Hal-hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır