Səhiyyə müəssisələrində beynəlxalq standartların tətbiqi imkanları müzakirə edilib
06.02.2024 15:36

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov ilə Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru İlham Bayramov və institutun mütəxəssisləri arasında onlayn görüş keçirilib.

 

Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən verilən məlumata görə, görüşdə səhiyyə müəssisələrində xidmət keyfiyyəti, idarəetmə, resursların idarəolunması və inzibati idarəetmədə beynəlxalq standartların tətbiqinin günün əsas tələbi olduğu qeyd olunub.

 

Görüşdə Naxçıvan Muxtar Respublikasının səhiyyə sisteminə daxil olan tibb müəssisələrində xidmət alan xəstələrin və personalın təhlükəsizliyi, tibbi yardımın əlçatanlığı və onun təkmilləşdirilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, risklərin effektiv idarə edilməsi, keyfiyyətə nəzarətin gücləndirilməsi, xərclərin rasional istifadəsi məqsədilə İS0 9001 beynəlxalq sertifikatın alınması və tətbiqinə başlanması üzrə Standartlaşma İnstitutu ilə əməkdaşlıq imkanları müzakirə edilib. İlkin mərhələdə pilot müəssisə kimi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsində Müştəri Məmnuniyyəti Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqinə başlanması üçün işlər görülməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Sonrakı mərhələdə isə, tibb müəssisələrində digər sahələrin xidmətlərinə də keyfiyyət standartları üzrə sertifikat alınması planlaşdırılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev