İcra başçısı Naftalan Şəhər Mərkəzi Xəstəxanasında stasionar müalicə alan şəhid atasını ziyarət edib  
06.02.2024 14:30
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalan Şəhər Mərkəzi Xəstəxanasında stasionar müalicə alan 44 günlük Vətən müharibəsi şəhidi Adıgözəlov Fərid İlqar oğlunun atası İlqar Adıgözəlovu ziyarət edib.
 
Bu barədə Aztibb.az-a Rayon Xəstəxanasından məlumat verilib.
 
İlqar Adıgözəlov 30.01.2024-cü il tarixində səhhətində yaranan problemlə bağlı tibb müəssisəsinə müraciət edib və ona zəruri tibbi xidmətlər göstərilib. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.
 
Qeyd edək ki, Adıgözəlov Fərid İlqar oğlu 18 oktyabr 2020-ci ildə Talış kəndi və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Fərid Adıgözəlov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalı ilə təltif olunmuşdur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır