Qaraciyər xərçəngi üçün risk faktorları nələrdir? - Hepatoloq açıqladı
05.02.2024 10:01
Xərçənglə əlaqəli ölümlərin sayına görə qaraciyər xərçəngi dördüncü yerdədir.
 
Bu barədə Aztibb.az-a Diaqnoz Tibb Mərkəzinin baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov məlumat verib.
 
Hepatoloq bildirib ki, qaraciyər xərçənginin risk faktorlarına xroniki hepatit B virusu (HBV), xroniki hepatit C virusu (HCV) infeksiyaları, qaraciyər sirozu aiddir.
 
Onun sözlərinə görə, həmçinin qida ilə birgə qəbul edilən aflatoksin B1 də qaraciyər xərçənginin risk faktorları sırasındadır: Bu, bbir növ göbələk tərəfindən istehsal olunan zəhərli və kanserogen maddələrdir. Ədviyyat, qarğıdalı - dənli bitkilər və s. kimi qidalarda və bu qidaları istehlak edən heyvanların südündə olur.
 
Bundan əlavə, doğuşa nəzarət həblərinin istifadəsi, siqaret çəkmə və bəzi nadir genetik və ya saxlama xəstəlikləri (hemokromositoz, alfa1 antitripsin çatışmazlığı, ataksiya-telangiektaziya, tirozinemiya və s.) daha az olsa da, HCC inkişafı üçün risk yaradır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır