Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün patronaj xidmətlərinə nəzarətin gücləndirilməsinə dair təlim keçirilib
05.02.2024 09:24
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün patronaj xidmətlərinə nəzarətin gücləndirilməsinə dair növbəti təlim keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, təlimdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nərgiz Rəhimova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasından təhkim olunmuş kurator-həkimi Mətanət Məmmədova, təlimçi Şamaxı ASM-in ailə həkim-pediatrı Kəmalə Nəhmətova, İlkin Səhiyyə Xidmətləri şöbə müdiri Maya Məmmədova, ASM müdirləri, patronaj xidmətinə təhkim olunmuş həkim-pediatr, mama-ginekoloq, mama və sahə tibb bacıları iştirak ediblər.
 
Təlimdə patronaj xidmətinin əhəmiyyəti, Universal -Proqressiv model, Patronajda tibb bacıların rolu, Ataların cəlb edilməsi, ailələrin EKO xəritəsi, Erkən yaşlı uşaqlar (0-3 yaşlı) və hamilə qadinların universal-proqressiv modelinin qiymətləndirmə vərəqələrinin və Edinburq Perinatal Depressiya şkalasının doldurulması haqqında iştirakçılara məlumat verilib.
 
Patronaj xidmətlərinin gücləndirilməsinin məqsədi azyaşlı uşaqlara, eyni zamanda hamilə qadınlara daha çox dəstək olmaq, hamiləliyin gedişatı barədə məsləhətlər vermək, zahı qadınlarda doğuşdan sonrakı ağırlaşmaların qarşısını almaq, tibb bacılarının göstərdiyi xidmətlərdən daha yaxşı yararlanmalarını təmin etməkdir.
 
Sonda kurator və təlimçi tərəfindən iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır