DGK Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmət İdarəsinə rəis təyin olunub  
01.02.2024 17:00
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmət İdarəsinə Surxay Məmmədov rəis təyin olunub.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, ilk iş günündə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım tərəfindən Surxay Məmmədov Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmət İdarəsin Bakı və regionlarda fəaliyyət göstərən personalına təqdim edilib.
 
Bildirilib ki, Surxay Məmmədov 1995-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsində təhsil alıb. 2001-2005-ci illərdə Müdafiə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət Mərkəzində həkim mütəxəssis kimi, həmin mərkəzdə 2005-2012-ci illərdə xüsusi təhlükəli bakterial infeksiyalar bölməsinin rəisi kimi, 2012-2013-cü illərdə Tibbi Profilaktika şöbəsinin zabiti kimi, 2013-2016-cı illərdə baş zabit kimi, 2016-cı ildə isə rəis müavini kimi fəaliyyət göstərib. 2015-ci ildə dissertasiya işini uğurla müdsfiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.
 
Surxay Məmmədov 2016-2019-cu illərdə Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin Tibbi Profilaktika kafedrasının baş müəllimi kimi, 2019-2021-ci illərdə Azərbaycan Ordusunun baş sanitar həkimi, 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müharibə iştirakçıları ilə koordinasiya departamentinin Qərb bölgəsi ilə iş şöbəsinin müdiri, 2022-2023-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidimiologiya Mərkəzinin baş direktor müavini vəzifələrində çalışıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır