Biologiya elminin müasir istiqamətlərinin yaradılmasında misilsiz xidmətləri olan görkəmli alim Cəlal Əliyevin xatirəsi anılıb    
01.02.2024 16:47

Böyük alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin yaradılmasında misilsiz xidmətləri olan akademik Cəlal Əliyevin vəfatından səkkiz il ötür.

 

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova başda olmaqla, Cəlal Əliyevin tələbələri müəllimlərinin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabanda olublar. Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları ilə yanaşı, Botanika İnstitutunun, Genetik Ehtiyatlar İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da Cəlal Əliyevin məzarını ziyarət edib, önünə əklillər və gül dəstələri qoyublar.

 

Bu məlumat Aztibb.az-a AMEA-dan verilib.

 

Bildirilib ki, sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda alimin xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik İradə Hüseynova bildirib ki, akademik Cəlal Əliyevin bütün həyatı elmi həqiqətin dərk olunmasına həsr olunub. Onun elmi fəaliyyətinin əsas istiqamətini kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq proseslərinin nəzəri əsasları kimi fotosintez və fototənəffüs proseslərinin öyrənilməsi təşkil edirdi. Fundamental tədqiqatların nəticələrinin seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi nəticəsində Cəlal Əliyev tərəfindən yüksək məhsuldarlığa malik qiymətli buğda sortları yaradılmışdır. Alim keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin bünövrəsini qoymaqla fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdırıb. Akademik Cəlal Əliyevin o dövrdə yaratdığı kiçik qrup Botanika İnstitutunun nəzdində şöbə kimi fəaliyyətinin davam etdirmiş və daha sonra həmin şöbənin əsasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılmışdır. Biologiyanın müasir istiqamətlərindən olan molekulyar biologiya, molekulyar genetika, riyazi biologiya, bioinformatika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi sahələri Azərbaycan elmində ilk dəfə olaraq məhz Cəlal Əliyevin uzaqgörənliyi və məqsədyönlü fəaliyyətləri sayəsində inkişaf etdirilib, onun rəhbərliyi ilə bu elmlərin güclü kadr bazası formalaşdırılıb. Cəlal Əliyevin yaratdığı ənənəyə uyğun olaraq Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda gənclərin elmi fəaliyyəti və dünya elminə inteqrasiyası üçün bütün imkanlar yaradılıb. Akademik Cəlal Əliyev təkcə alim kimi deyil, həm də bir insan kimi, yetişdirdiyi yüzlərlə gənc alim və ziyalıların müəllimi kimi də həmişə xatırlanacaq. Elmə böyük töhfələr vermiş akademik Cəlal Əliyevin əziz xatirəsi ürəklərdə daim yaşayacaqdır.

Tədbirin sonunda alimin həyat və yaradıcılığına həsr olunmuş “Əbədi çıraq” filmi nümayiş etdirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində