Şəhid polis serjantı Xəzər Zamanovun Mərkəzi Gömrük Hospitalında övladı dünyaya gəlib  
01.02.2024 16:42
19 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əlahiddə Çevik Polis Alayının polis serjantı Xəzər Zamanov Azər oğlunun Mərkəzi Gömrük Hospitalında qızı dünyaya gəlib. Körpəyə Humay adı verilib.
 
Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.
 
Bildirilib ki, 29 yanvar 2024-cü il tarixində dünyaya göz açan körpə bu gün evə buraxılıb. Şəhidin həyat yoldaşı Gülayət Zamanova və körpəsinin vəziyyəti normaldır.
 
Şəhidin yeni doğulan övladı Humay Zamanova Mərkəzi Gömrük Hospitalından evə Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Nərmin Muradova, ailə üzvləri, “YAŞAT” Fondunun nümayəndələri və şəhidin iş yoldaşlarının əhatəsində yola salınıb.
 
Qeyd edək ki, şəhid Xəzər Zamanov 1998-ci ildə Sədərək rayonunda anadan olmuşdur. Silahlı erməni birləşmələrinin təxribat diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partlaması nəticəsində polis serjantı Xəzər Zamanov həlak olmuşdur. 7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının polis serjantı Xəzər Zamanov “Vətən uğrunda” medalı ilə təltif olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır