Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidovun 55 yaşı tamam olur
01.02.2024 10:41

Bu gün peşəkar həkim, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidovun 55 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, o, 1969-cu ildə Mingəçevir şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirib. Daha sonra Moskva şəhərində A.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi üzrə Elmi Mərkəzdə klinik ordinatura təhsili alıb. 2009-2010-cu illərdə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində daxili xəstəliklər üzrə internatura, 2011-2012-ci illərdə isə Vaşinqton ştatının Sietl şəhərində ümumi cərrahiyyə, travmada təcili və təxirəsalınmaz yardım, yanıqlar və kardio-vaskulyar cərrahiyyə üzrə 1 il internatura və beynəlxalq mütəxəssislər üçün xüsusi sertifikatlaşdırılmış ixtisasartırma kursu keçib.

 

Nabil Seyidov ABŞ-dan qayıtdıqdan sonra Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində həkim-kardioloq və terapevt kimi fəaliyyət göstərib. 2014-cü ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2018-2019-cu illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri işləyib. O, 2023-cü ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının rəis müavinidir.

 

Peşəkar həkim olmaqla yanaşı, Nabil Seyidov tibb və qeyri-tibb işçilərinin təlim-tədrisi, səhiyyə sektorunda müasir texnologiyaların tətbiqi, teletəbabət, səhiyyənin elektronlaşdırılması, tibb xidmətlərinin keyfiyyət standartları, səhiyyə menecmenti və qeyri-infeksion xəstəliklərin profilaktikası kimi geniş spektrli məsələlərə böyük maraq göstərir.

 

2012-ci ildə ABŞ-da çalışdığı müddətdə o, www.uptodate.az “Uptodate In Medicine” Elmi Tibbi məlumat portalını təsis edib. Bu portal tibb və qeyri-tibb işçilərini bilik və məlumatlarla təmin etmək üçün nəzərdə tutulub. Nabil Seyidov, həmçinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılmış “E-telim portalının” və “E-sağlamlıq” portallarının layihə rəhbəri və ideya müəllifi olub. Azərbaycan – Britaniya Məzunlar Birliyinin üzvü kimi də səmərəli fəaliyyət göstərib.

 

2002-ci ildən uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan həkim BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə çap olunan uşaq hüquqlarına dair dərs vəsaitinin müəllifidir. O, bu kitabı BMT-nin Uşaq Hüquqları Konvensiyası əsasında hazırlayıb.

 

Nabil Seyidov özündə 80-ə yaxın  təşkilatı birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansında da fəaliyyət gəstərib, 2003-cü ildə həmin alyansın milli koordinatoru, 2005-ci ildə isə 28 ölkənin QHT-lərini və UNİCEF-i birləşdirən Regional Koalisiyanın baş katibi seçilib.

 

Həkim bir sıra kitab və metodik vəsaitlərin həmmüəllifi, 15-dan çox elmi məqalənin müəllifidir. Bugünədək müxtəlif mövzularda 500-dən çox təlim kursları və seminarlar keçirib.

 

Onun müalicə etdiyi xəstəliklərə ürəyin işemik xəstəliyi, infarkt, aritmiyalar, ürək-damar əməliyyatlarından sonrakı baxım, ətraf damarların qeyri-cərrahi müalicəsi, revmatoloji xəstəliklər və ürək-damar sistemi tərəfindən ağırlaşmaların profilaktikası və müalicəsi, böyrək xəstəliklərinin ürək-damar sistemi ilə bağlı ağırlaşmalarının profilaktikası və müalicəsi, kardiorenal sindromlar, hepato-pulmonar və hepato-kardioloji sindromlar və s. daxildir. 

 

Aztibb.az portalı adından Nabil Seyidovu 55 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayırıq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır