Dəmir hasardan aşan zaman ağır xəsarətlər alan azyaşlı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub  
31.01.2024 10:16
14 yaşlı yeniyetmə 28 yanvar 2024-cü il tarixində qarında, döş qəfəsində kəskin ağrı, boğulma, təngnəfəslik şikayətləri ilə təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə gətirilib.
 
Aztibb.az-a Mərkəzdən bildirilib ki, yaxınlarının verdiyi məlumata görə, yeniyetmə hasardan aşarkən dəmir barmaqlıqlar qarın nahiyəsinə batıb. Aparılan müayinələr nəticəsində xəstədə qarının daxilə nüfuz etmiş açıq yarası və döş qəfəsində sol tərəfli pnevmo-hemotoraks aşkarlanıb.
 
Xəstə təcili olaraq əməliyyata götürülüb və əməliyyat zamanı mədənin deşildiyi məlum olub. Həkim-uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə keçirilən əməliyyat zamanı sol plevra boşluğu torokasintez olunub, drenaj qoyulub. Qarın boşluğunda isə laparotomiya əməliyyat icra edilib.
 
Hazırda xəstənin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır