Gömrük əməkdaşlarının peşə bayramı günü Mərkəzi Gömrük Hospitalında qeyd edilib
30.01.2024 19:45

Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin yaradılmasının 32-ci ildönümü - gömrük əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək bütün gömrükçüləri peşə bayramı münasibətilə təbrik edib. O, əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının ali xüsusi rütbə və medallarla təltif edildiyini diqqətə çatdırıb.

 

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkənin iqtisadi maraqlarının qorunması, səmərəli iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlətin nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi əsas vəzifələrdən birinə çevrilib. 1992-ci il yanvarın 30-da yaradılmış Dövlət Gömrük Komitəsi Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoyub.

 

Daha sonra Dövlət Gömrük Komitəsi sədrinin müşaviri Əsgər Məmmədov Komitənin keçdiyi inkişaf yolundan danışıb. Vurğulayıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev gömrük işinin təkmilləşdirilməsini, modernləşdirilməsini daim diqqət mərkəzində saxlayır: "Hazırda biz gömrük xidmətində elektron xidmətlərin sayının artmasının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin canlı şahidiyik. Bütün bu islahatlar gömrük orqanlarında xidmət mədəniyyətinin yüksəldilməsinində və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayır".

 

Əsgər Məmmədov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivini peşə bayramı münasibətilə təbrik edib, istər COVID-19 pandemiyası dövründə, istərsə də hazırkı dövrdə bütün tibb personalının tibb sahəsində qazandığı uğurları yüksək qiymətləndirib.

 

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov Mərkəzi Gömrük Hospitalında gömrükçülərə, onların ailə üzvlərinə göstərilən tibbi xidmətlərin statistikası, eləcə də Hospitalın yeni inzibati binasının açılışı və istifadəyə verilməsi ilə bağlı ətraflı məlumat verib.

 

Sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva xidmətdə fərqlənən gömrük əməkdaşları ilə bağlı təltif əmrlərini iştirakçıların diqqətinə çatdırıb.

 

Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov, Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova və Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu da əlamətdar günlə bağlı təbriklərini səsləndiriblər.

 

Sonda Dövlət Gömrük Komitəsinin 2023-cü il ərzində həyata keçirdiyi yeni layihələrdən bəhs edən videoçarx və Mərkəzi Gömrük Hospitalı həkimlərinin təbrik videosu nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”