İsrail qüvvələri həkim geyimində İbn Sina xəstəxanasına basqın edib
30.01.2024 16:17

İşğal altındakı İordan çayının qərb sahilində xəstəxanaya basqın edən həkim geyimində olan İsrail qüvvələri orada müalicə alan 3 fələstinlini öldürüb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərindəki İbn Sina xəstəxanasına basqın etdiyi bildirilib. Öldürülən 3 fələstinlidən ikisinin qardaş olduğu qeyd edilib.

 

Fələstinin Səhiyyə naziri Mey əl-Kayle Birləşmiş Millətlər Təşkilatına, beynəlxalq və insan haqları təşkilatlarına etdiyi çağırışda İsrail qüvvələrinin Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilində Fələstin xalqına və səhiyyə müəssisələrinə qarşı törətdiyi cinayətlərə son qoyulmasını istəyib. 

 

2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 381-ə yüksəlib.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət