Şəki Rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqu - Səbinə Əhmədli 
18.02.2024 10:01
Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim mama-ginekoloqu Səbinə Əhmədli "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti qonağıdır.
 
O, 1992-ci ildə Şəki şəhərində anadan olub. 2009-2015-ci illərdə Ukrayna Kiyev şəhərində A.A. Bogomolets adına Milli Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2015-2017-ci illərdə Ukraynada Kiyev şəhərində A.A. Bogomolets adına Milli Tibb Universitetində diplomdan sonra ixtisaslaşma kliniki ordinatura təhsili alıb.
 
Səbinə Əhmədli 2015-2017-ci illərdə  Ukraynanın Kiyev şəhərində 2 saylı doğum evində, 2016-2017-ci illərdə Kiyev şəhərində “Feofaniya” klinikasında həkim mama-ginekoloq, 2016-2018-ci illərdə Kiyev Milli Onkologiya Mərkəzində həkim cərrah-onkoginekoloq vəzifələrində çalışıb. 2018-2023-cü illərdə Baki şəhərində bir sıra özəl klinikalarda qəbul həkimi, həkim mama- ginekoloq kimi fəaliyyət göstərib.
 
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutun Mamalıq və ginekologiya kafedrasında, Sabunçu Tibb Mərkəzi Doğum evində 6 aylıq təkmilləşmə kursu keçib. Bu müddətdə Azərbaycan, Türkiyə və bir sıra xarici ölkələrdə keçirilən elmi konfrans və kurslarda iştirak edib.
 
Həkim Ukrayna Mama-ginekoloqlar Assosiasiyasının üzvüdür.
 
O, 28 dekabr 2023-cü il tarixdən Şəki Rayon Mərkəzi Xəstəxanasının ASM şöbəsində həkim mama-ginekoloq vəzifəsində çalışır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır