"Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi" mövzusunda təlim keçirilib
29.01.2024 12:34
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında "Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi" mövzusunda növbəti təlim keçirilib.
 
Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, təlimdə azyaşlı uşaqlar, hamilə və zahı qadınların patronaj xidmətinin təşkili və nəzarətin təmin edilməsi üzrə kurator və təlimçilər çıxış ediblər.
 
Gəncə TƏB-inə daxil olan rayon mərkəzi xəstəxanalarının patronaj xidmətinin cavabdeh məsul şəxsləri mama-ginekoloqlar, pediatrlar, tibb bacıları və mamaların iştirakı ilə keçirilmiş təlimdə modul 1, 2 əhatə olunub.
 
Açılış nitqi ilə çıxış edən İlkin səhiyyə xidmətinin rəhbəri və Gəncə TƏB üzrə kurator Xalidə Sadıqova ilkin səhiyyə xidmətinin gücləndirilməsi perspektivləri, azyaşlı uşaqlar, hamilə və zahı qadınlara göstərilən patronaj xidmətlərinin universal proqressiv modelinin tətbiqinin gücləndirilməsi haqqında çıxış edib və təlimlərin davamlı olmasını bildirib.
 
Təlim iştirakçılarına erkən uşaqlıq dövrünün dəstəklənməsi və patronaj tibb bacılarının yeni rolu barədə məlumat verilib. Təlim interaktiv şəkildə keçirilib və iştirakçıların sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır