Anal qaşınma laborator və instrumental diaqnostika ilə müəyyən edilir  
27.01.2024 16:04

Anal qaşınma – anal nahiyədə müntəzəm qaşınma ilə xarakterizə olunan və bir çox proktoloji xəstəliklərin klinik əlaməti kimi təzahür edən vəziyyətdir.

 

Bu barədə Aztibb.az-a Buta Hospitalın cərrah-proktoloqu, endoskopist Anar Əliyev məlumat verib.

 

Həkimin sözlərinə görə, qaşınmanın səbəbini müəyyən etmək üçün laborator (perianal sıyrıntı, nəcisin qurd yumurtalarına görə analizi, qanda qlükozanın təyini) və instrumental diaqnostika (anoskopiya, rektoromanoskopiya) aparılır.

 

Anar Əliyev qeyd edib ki, klinik proktologiyada birincili və ikincili anal qaşınmalar ayırd edilir. Birincili qaşınma naməlum səbəblərdən yaranır. Bu zaman bağırsaqda anal qaşınma ilə müşayiət oluna biləcək heç bir patologiya aşkar edilmir.

 

"İkincili anal qaşınma babasil, xroniki anal çat, qurd invaziyaları, bağırsağın terminal şöbələrinin iltihabı (proktit, proktosiqmoidit), cinsiyyət orqanlarının iltihabi xəstəlikləri, anal nahiyə və aralığın göbələk mənşəli zədələnmələri, yanıqlar, anusun mexaniki travması fonunda əmələ gəlir", - deyə endoskopist bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır