Mərkəzi Gömrük Hospitalında təlim: “BLS – Təməl Həyata Dəstək”
27.01.2024 09:21

Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin baş müfəttişləri üçün növbəti “BLS – Təməl Həyata Dəstək” instruktur təlimi keçirilib.

 

Bu barədə Aztibb.az-a Hospitaldan xəbər verilib.

 

Təlim “Uptodate in Medicine” AHA Beynnəlxalq Təlim Mərkəzi tərəfindən aparılıb.

 

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov və Təcili Tibbi Yardım şöbəsinin təcili yardım həkimi Cavad Cabarov tərəfindən keçirilən təlim nəzəri və praktiki mərhələdən ibarət olub. Təlimdə iştirak edən Sanitar-Karantin Xidmətinin baş müfəttişlərinə sertifikatlar təqdim olunub və onlar “BLS təlimçi”si kimi qiymətləndiriliblər.

 

Bununla da onlar Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış məntəqələrində gömrük əməkdaşları üçün “BLS – Təməl Həyata Dəstək” təlimini keçmək hüququnu qazanıblar.

 

Xatırladaq ki, bu təlimlərin əsas məqsədi hadisə yerində peşəkar həkim briqadası gələnə qədər xəstə və ya yaralılara ilk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır